...

Türkiyənin İsgəndərun şəhərində partlayış olub, xəsarət alanlar var

Hadisə Materials 1 Noyabr 2012 21:01 (UTC +04:00)
Türkiyənin liman şəhəri İsgəndərunda minalanmış avtomobilin partlması nəticəsində 4 nəfər yaralanıb.
Türkiyənin İsgəndərun şəhərində partlayış olub, xəsarət alanlar var

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Türkiyənin liman şəhəri İsgəndərunda minalanmış avtomobilin partlması nəticəsində 4 nəfər yaralanıb. Bu barədə məlumat verir.

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, partlayış hərbi qulluqçuların kazarmasından 150 metr aralıda baş verib.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Qeyd edək ki, terrorçu Kürd Fəhlə Partiyasının (PKK) döyüşçülərinin olduğu İsgəndərun şəhəri Aralıq dənizi sahilində, Suriya ilə sərhəddə Hatay vilayətində yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti