...

Şirvan stansiyasında yük qatarının üç vaqonu relsdən çıxıb

Hadisə Materials 3 Noyabr 2012 16:55 (UTC +04:00)
Şirvan Dəmiryol Stansiyanın ərazisində yük qatarı manevr edərkən üç vaqon relsdən çıxıb.
Şirvan stansiyasında yük qatarının üç vaqonu relsdən çıxıb

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

Şirvan Dəmiryol Stansiyanın ərazisində yük qatarı manevr edərkən üç vaqon relsdən çıxıb. Bu barədə şənbə günü Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildiriblər.

Hadisə nəticəsində zərərçəkən yoxdur.

Vaqonlardan biri boş, ikisində isə şəkər olub.

Vaqonlar artıq relsə salınıb. Hadisə stansiyanın ərazisində baş verdiyindən qatarların hərəkətinə təsir etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti