...

Bakıda maşın qaçıran keçmiş məhkum tutulub

Hadisə Materials 6 Noyabr 2012 11:46 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, mayın 29-na keçən gecə Cavadxan küçəsində Telman Məmişova məxsus "VAZ-2107" markalı avtomobil qaçırılıb.
Bakıda maşın qaçıran keçmiş məhkum tutulub

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda maşın qaçıran keçmiş məhkum tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, mayın 29-na keçən gecə Cavadxan küçəsində Telman Məmişova məxsus "VAZ-2107" markalı avtomobil qaçırılıb.

Aparılan axtarışlar nəticəsində qaçırılmış avtomobil oktyabrın 9-da Göyçay rayonu ərazisində saz vəziyyətdə tapılıb.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Cavid Hüseynov noyabrın 3-də tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti