...

BƏƏ Baş nazirinin təyyarəsi Türkiyədə təcili eniş edib

Hadisə Materials 10 Noyabr 2012 10:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş naziri Məhəmməd ibn Rəşid əl-Məktumun şəxsi təyyarəsi Türkiyənin Diyarbəkir şəhərində təcili eniş edib. Bu barədə Trend şənbə günü Türkiyə KİV-ə istinadən məlumat verir.

İstanbuldan Dubaya uçuş zamanı BƏƏ Baş nazirinin bir yaşlı oğlu Ziyad Məhəmməd əl-Məktumun halı pisləşib və təyyarə Diyarbəkir aeroportuna məcburi eniş edib.

İlkin tibbi baxışdan və müayinədən sonra Baş nazirin oğlu klinikadan buraxılıb.

Təyyarə Diyarbəkirdən Dubaya yerli vaxtla saat 16:00-da uçub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti