...

Bakıda polislərlə bir qrup şəxs arasında dava olub, xəsarət alanlar var (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 19 Noyabr 2012 12:00 (UTC +04:00)
Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.
Bakıda polislərlə bir qrup şəxs arasında dava olub, xəsarət alanlar var (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda polislərlə bir qrup vətəndaş arasında insident olub.

Suraxanı rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, noyabrın 18-dən 19-na keçən gecə saat 22:30 radələrində Qaraçuxurlu qəsəbəsi E.Bəkirli küçəsində bir qrup şəxs polisin qanuni tələbinə tabe olmayıb və aralarında dava yaranıb.

Qaraçuxur qəsəbəsində, ailəvi istirahət mərkəzinin yaxınlığında baş vermiş hadisə zamanı həmin şəxslər polislərə qarşı zor tətbiq edərək onlara xəsarət yetiriblər.

Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsindən Trend-ə bildirilib ki, bir qrup şəxs ailəvi istirahət mərkəzinin qarşısında içkili vəziyyətdə səs-küy salaraq asayişi pozublar. Bununla bağlı ətrafda yaşayan sakinlər polisə zəng edərək məlumat verib. Məlumatdan sonra əraziyə polis əməkdaşları cəlb edilib. Asayişi pozan şəxslər polisin qanuni tələbinə tabe olmayıb və polisə hücum ediblər. Asayişi bərpa etdirmək üçün əraziyə Çevik Polis Alayının əməkdaşları cəlb edilib. İnsident zamanı 5 pols əməkdaşı xəsarət alıb. Polisə qarşı müqavimət göstərən şəxslər saxlanılıblar.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti