...

İranda partlayış zamanı xəsarət alan bəzi məktəblilər reanimasiyadadır

Hadisə Materials 6 Dekabr 2012 13:41 (UTC +04:00)
İranın Qərbi Azərbaycan əyalətindəki məktəbdə baş vermiş partlayış nəticəsində xəsarət alan 4 uşaq reanimasiyada qalır.
İranda partlayış zamanı xəsarət alan bəzi məktəblilər reanimasiyadadır

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İranın Qərbi Azərbaycan əyalətindəki məktəbdə baş vermiş partlayış nəticəsində xəsarət alan 4 uşaq reanimasiyada qalır. Bu barədə Trend cümə axşamı "Mehr" agentliyinə istinadən məlumat verir.

Piranşəhr dairəsinin qubernatoru Musahadi Orucun sözlərinə görə, Piranşəhr şəhərində qızlar məktəbinin siniflərindən birində qızdırıcı cihaz partlayıb.

Dekabrın 5-də baş vermiş faciə zamanı sinifdə 31 məktəbli olub. 29 qız ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hazırda xəsarət alan 4 məktəbli intensiv terapiya şöbəsindədir.

Hadisədən sonra insidentin səbəblərinin araşdırılması üzrə xüsusi komissiya yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti