...

Bakıda məcburi köçkünlərin yaşadığı binada yanğın baş verib

Hadisə Materials 14 Yanvar 2013 11:00 (UTC +04:00)
Məcburi köçkünlərin yaşadığı binada baş verən yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib.
Bakıda məcburi köçkünlərin yaşadığı binada yanğın baş verib

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İ.İzzət/

Bakıda məcburi köçkünlərin yaşadığı binada yanğın baş verib. Hadisə zamanı bir nəfər tüstüdən zəhərlənib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı, tikintisi başa çatmamış dördmərtəbəli binanın 1-ci mərtəbəsində yanğın baş verib.

Hadisə nəticəsində ümumi sahəsi 90 kv.m olan dördotaqlı mənzilin dəhlizində 1 ədəd divan yanıb. Mənzildə olan 3 nəfər yanğınsöndürən briqadası tərəfindən təxliyyə edilib.

Təxliyyə olunanlardan biri tüstüdən zəhərləndiyi üçün Təcili Tibbi Yardım Xidməti tərəfindən xəstəxanaya aparılıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən saat 03:50-də tam söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti