Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İ.İzzət /
Qəbələ rayon Elektrik Şəbəkəsinin işçisi Rafiq Mehralıyev elektrik dirəyindən yıxılması nəticəsində aldığı xəsarətdən ölüb.
Trend-in Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanvarın 20-də Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində, Rayon Elektrik Şəbəkəsinin işçisi R. Mehralıyev elektrik dirəyindən yıxılıb.
Nəticədə, xəsarətlə xəstəxanaya yerləşdirilən R.Mehralıyev orada ölüb.