...

DIN Zaqatalada silahlı şəxsi zərərsizləşdirib

Hadisə Materials 4 Fevral 2013 15:31 (UTC +04:00)
Zaqatala rayon sakini Nəriman Qurbanəliyevdən narkotik vasitə, silah və başqa şəxslərə məxsus sənədlər götürülüb
DIN Zaqatalada silahlı şəxsi zərərsizləşdirib

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İ.İzzət/

Zaqatala rayon sakini Nəriman Qurbanəliyevdən narkotik vasitə, silah və başqa şəxslərə məxsus sənədlər götürülüb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Nəriman Qurbanəliyevdən 1,6 qram marixuana götürülüb. N.Qurbanəliyevin idarə etdiyi "JEEP Patriot" markalı avtomaşına baxış zamanı 5 qram marixuana, 1 ədəd tapança, evinə baxış zamanı isə 21,8 qram marixuana, 2 ədəd avtomobil dövlət nömrə nişanları, başqa vətəndaşlara məxsus 2 ədəd avtomaşının texniki pasportları aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti