...

Azərbaycanda bir gündə 7 nəfər "yol epidemiyası"nın qurbanı oldu

Hadisə Materials 6 Fevral 2013 13:10 (UTC +04:00)
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 8 nəfər isə yaralanıb.
Azərbaycanda bir gündə 7 nəfər "yol epidemiyası"nın qurbanı oldu

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir İ.İzzət/

Ötən gün respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 8 nəfər isə yaralanıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirlyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, fevralın 5-də respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 54 cinayət faktı qeydə alınıb, onların da 29-u "isti izlər"lə açılıb. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 31 nəfər tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti