...

Şabranda gözətçi köşkü yandı

Hadisə Materials 9 Fevral 2013 11:16 (UTC +04:00)
Şabranda şirkətin ərazisini qoruyan gözətçi öz köşkünü qoruya bilmədi.
Şabranda gözətçi köşkü yandı

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir İ.İzzət/

Şabranda şirkətin ərazisini qoruyan gözətçi öz köşkünü qoruya bilmədi.

Trend-in FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Şabran şəhərində "RAMCO" şirkətinin ərazisində 2 kv.m sahədə gözətçi köşkün yanar konstruksiyaları yanıb.

Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğın saat 08:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti