...

Azərbaycanda bayram günü sərnişin və piyada yol qəzasının qurbanı olub

Hadisə Materials 9 Mart 2013 12:36 (UTC +04:00)
Azərbaycanda martın 8-də sərnişin və piyada yol qəzalarında ölüb.
Azərbaycanda bayram günü sərnişin və piyada yol qəzasının qurbanı olub

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda martın 8-də sərnişin və piyada yol qəzalarında ölüb.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, dünən Bərdə rayonunun Şahvəlilər kəndi ərazisində rayon sakini Azər Əliyev "BMW-320" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı ağaca vurub. Nəticədə sərnişin Aqşin Məmmədxanov hadisə yerində ölüb, xəsarət almış sürücü isə xəstəxanaya yerləşdirib, vəziyyəti qənaətbəxşdir.

Martın 8-də Siyəzən şəhərində isə şəhər sakini Ehram Əzizov "İJ" markalı avtomaşını idarə edərkən yolu keçən həmyerlisi Ağabacı Hüseynovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Yasamal rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Ağdam rayon sakini Ataş Ocaqov vurulub. Nəticədə xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb.

Binəqədi rayonu ərazisində isə müəyyən edilməmiş avtomaşınla şəhər sakini Solmaz İbrahimova vurulub. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti