Azərbaycan, Bakı, 22 mart /Trend/
Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış vətəndaş xilas edilib. Trend xəbər verir ki, bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.
Məlumatda deyilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.
Xilasedicilər onikimərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olublar.
Mənzilə baxış keçirilərkən həmin şəxs yataqda yatmış vəziyyətdə aşkar olunub.
Əməliyyat saat 19:43-də başa çatıb.