...

Quba rayonunda yol qəzası nəticəsində 4 nəfər xəsarət alıb

Hadisə Materials 4 May 2013 19:58 (UTC +04:00)
Trend Regional TV-yə istinadən məlumat verir ki, günorta saatlarında Quba-Xaçmaz yolunun 13-cü km-də, Quba rayonunun Barlı kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.
Quba rayonunda yol qəzası nəticəsində 4 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 4 may /Trend/

Trend Regional TV-yə istinadən məlumat verir ki, günorta saatlarında Quba-Xaçmaz yolunun 13-cü km-də, Quba rayonunun Barlı kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.

35 yaşlı Quba rayonunun Hacıqayıb kənd sakini Fəttah Qurbanovun idarə etdiyi "Vaz 21 07" markalı avtomobil 21 yaşlı Quba rayonunun Qaraçay kənd sakini Tərlan Nəbiyevin idarə etdiyi "Vaz 21 07" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə sürücülər, Fəttah Qurbanov və Tərlan Nəbiyev, eləcə də avtomobillərdə olan iki sərnişin xəsarət alıb.

Onlar Quba MRX-nın cərrahiyyə şöbəsinə yerləşdirilib. Sərnişinlərdən birinin xəsarətləri yüngül olduğundan ona hadisə yerində tibbi yardım göstərilərək ambulator qaydada müalicəyə buraxılıb.

Qəzanın yüksək sürət səbəbindən baş verdiyi ehtimal olunur.

Faktla bağlı avtotexniki və tibbi ekspertiza təyin olunub. Quba RPŞ-da aparılan araşdırmaların sonunda hadisəyə hüquqi qiymət veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti