...

Bakıda tapança ilə qətl törədildi

Hadisə Materials 8 May 2013 12:40 (UTC +04:00)
Bakıda tapança ilə qətl törədildi.
Bakıda tapança ilə qətl törədildi

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İ.İzzət/

Maştağa qəsəbəsində qətl törədən cinayətkar polisə könüllü təslim olub.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, mayın 8-də saat 03:40 radələrində Maştağa qəsəbəsi M.Hüseyn küçəsində qəsəbə sakinləri Rizvan Hüseynov mübahisə zəminində Zöhrab Əliyevə "Makarov" markalı tapançadan atəş açıb.

Nəticədə Zöhrab Əliyev hadisə yerində ölüb.

Hüseynov törətdiyi qətldən sonra könüllü olaraq Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gələrək təslim olub və cinayətini etiraf edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti