Azərbaycan, Bakı, 15 may /Trend/
Türkiyənin Antalya şəhərində 4,3 bal gücündə zəlzələ baş verib.
Trend "Anadolu" agentliyinə istinadən məlumat verir ki, yerli vaxtla saat 19:52-də baş verən zəlzələ yerin 56,44 km dərinliyində qeydə alınıb.
İnsan tələfatı və dağıntılar barədə məlumat verilmir.