...

Türkiyədə yanacaq dolu sisternin partlaması nəticəsində 10 nəfər ölüb

Hadisə Materials 20 May 2013 04:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may / Trend /

Türkiyədə yanacaq dolu sisternin partlaması nəticəsində 10 nəfər ölüb. Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumatda deyilir li, hadisə Hatay vilayətinin Tunisma kəndində baş verib.

Vilayət rəhbərliyinin sözlərinə görə, polisin xəbərdarlığından sonra həbs olunmaqdan qorxan qaçaqmalçı sisterni partladıb.

Lakin qaçaqmalçının partlayışda ölməsi haqqında dəqiq məlumat yoxdur.

Hadisə nəticəsində ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Xəbər lenti

Xəbər lenti