...

Gürcüstandan Azərbaycana mobil telefonların qanunsuz keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 22 May 2013 16:01 (UTC +04:00)
Tovuzda gömrükçülər mobil telefon və mobil telefonlara aid aksesuarların ölkəyə qanunsuz keçirilməsinin qarşısını alıblar.
Gürcüstandan Azərbaycana mobil telefonların qanunsuz keçirilməsinin qarşısı alınıb

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İ.İzzət/

Tovuzda gömrükçülər mobil telefon və mobil telefonlara aid aksesuarların ölkəyə qanunsuz keçirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşı Fəqan Hüseynovun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobilinə gömrük baxışı keçirilib.

Baxış zamanı həmin avtomobildən "Nokia 200", "Nokia 1280", "Nokia Asha 305", "Nokia Asha 308", "X202", "Kenxinda M-2", "Samsung C3322" və "Samsung C3782" markalı, cəmi 60 ədəd mobil telefon və müxtəlif mobil telefonlara aid aksesuarlar - 60 ədəd akkumulyator, 60 ədəd qidalandırma cihazı, 60 ədəd karton qutu, 40 ədəd "qulaqcıq" və 5 ədəd USB kabel aşkar edilib.

Faktla əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti