Azərbaycan, Bakı, 27 may / Trend /
Oklahomada dağıdıcı qasırğanın qurbanlarının sayı 26 nəfərə çatıb. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.
Əvvəllər 24 nəfərin həlak olması barədə bildirilib.
Agentliyin materiallarında deyilib ki, "qurbanların təsdiqedilmiş sayı 26 nəfər, zərərçəkmişlər isə 387 nəfər olub". 1,15 min tikili dağılıb.