...

İranın Məşhəd şəhərində metro qatarı relsdən çıxıb

Hadisə Materials 29 May 2013 16:56 (UTC +04:00)
Bu gün səhər yerli vaxtla saat 09:30 radələrində İranın Məşhəd şəhər metropoliteninin "Vəkilabad" stasnsiyasından "Park Kuhestan" stansiyası istiqamətinə hərəkət edən qatar relsdən çıxıb.
İranın Məşhəd şəhərində metro qatarı relsdən çıxıb

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir T.Cəfərov/

Bu gün səhər yerli vaxtla saat 09:30 radələrində İranın Məşhəd şəhər metropoliteninin "Vəkilabad" stasnsiyasından "Park Kuhestan" stansiyası istiqamətinə hərəkət edən qatar relsdən çıxıb. Trend-in "Tabnak" xəbər saytına istinadən verdiyi məlumata görə, bunu Məşhəd Metropoliteninin sözçüsü Cavad Həmidzadə deyib.

Həmidzadə bildirib ki, hadişə baş verən zaman vaqonların içərisində az adam olub, onlar vaqonlardan təxliyyə olunublar və ciddi xəsarət alan olmayıb.

Onun sözlərinə görə, hələlik həmin istiqamətdə qatarların hərəkəti bərpa olunmayıb və iş aparılır. Günün sonuna kimi həmin istiqamətdə qatarların hərəkəti bərpa olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti