...

Sumqayıtda iki avtomobil yanıb

Hadisə Materials 6 İyun 2013 08:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Bu gecə Sumqayıtda iki avtomobil yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Sumqayıt şəhərində "KAMAZ" markalı yük avtomobilinin salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Sumqayıt şəhərində "DAEWOO" sərnişin avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Yanğın hər iki halda yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti