Azərbaycan, Bakı, 23 iyun /Trend/
Trend Regional TV-yə istinadən məlumat verir ki, Xaçmaz rayonunun
Xudat şəhərində güllələnmə faktı qeydə alınıb.
1968-ci il təvəllüdlü Xudat şəhər sakini Məmmədrəhimov Məmmədrəhim Əli oğlu güllələnib.
Xəsarət alan şəxs dünyasını dəyişib. Dünyasını dəyişən şəxsin meyiti
Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.
Hadisənin baş vermə səbəbləri və qətli törədən şəxs saxlanılması
istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.