Azərbaycan, Bakı, 29 iyun /Trend/
Bakıda daha 3 nəfər dənizdə boğulmaq təhlükəsi ilə üzləşib.
Bakı şəhəri, Sabunçu rayonunda ("Bilgəh" sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər üzə bilməməsi səbəbindən boğulmaq təhlükəsi ilə üzləşib və FHN-in dalğıc-xilasedicisi tərəfindən xilas olunub.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Sabunçu rayonunda ("Bilgəh" sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər sərxoş olması səbəbindən boğulmaq təhlükəsi ilə üzləşib və nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasedicisi tərəfindən xilas olunub.
Bakı şəhəri, Sabunçu rayonunda ("Nardaran" sularda xilasetmə məntəqəsindən təxminən 1500 metr məsafədə nəzarət olunmayan ərazidə) 1 nəfər rezin dairənin üzərində olarkən küləyin aparması səbəbindən boğulmaq təhlükəsi ilə üzləşib və Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicisi tərəfindən xilas olunub.