Azərbaycan, Bakı, 20 iyul /Trend/
Türkiyənin Hatay vilayətinin Altınözü ilçəsinə bağlı Kıyıgörən kəndində sərhəd zastavasında xidmət keçən əsgərlərə Suriya tərəfdən atəş açılıb.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 əsgər yaralanıb.
Vəziyyətləri normal olan əsgərlər Antakya Dövlət Xəstəxanasında müalicə olunurlar.
Hadisə ilə bağlı araşdırma aparılır.