Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir T.Cəfərov/
İran vətəndaşı şənbə günü Tehranda parlament binasının qarşısında özünü yandırıb. Bu barədə Trend ISNA agentliyinə istinadən məlumat verir.
Özünü yandıran Qəzvin vilayətinin sakini Məhəmməd Qənbəri dərviş olub. O, heç bir bəyanat vermədən üzərinə benzin tökərək özünü yandırıb.
Polis və ətrafdakı insanların köməyi ilə həmin şəxsi xilas etmək mümkün olub və o, xəstəxanaya göndərilib.
İran KİV-lərinin məlumatına görə, Məhəmməd Qənbəri "Əhli-haqq" dini qruplaşmasının üzvü olub və etiraz əlaməti olaraq bu aktı həyata keçirib.