...

Azərbaycanda xeyli sayda silah-sursat aşkar edilib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 5 Avqust 2013 16:30 (UTC +04:00)
Azərbaycanda polis tərəfindən xeyli sayda silah-sursat aşkar edilib.
Azərbaycanda xeyli sayda silah-sursat aşkar edilib (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə edilib (İlk xəbər 13:14-də yayılıb)

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir İ.İzzət/

Azərbaycanda polis tərəfindən xeyli sayda silah-sursat aşkar edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mühafizə İdarəsi və Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən 2-ci Zabrat qəsəbəsindəki İstixana Kombinatı "Zəfaran" MMC-nin ərazisindən 1 ədəd "AKM" silahı, 549 ədəd avtomat patronu və 2 ədəd patron darağı tapılıb.

Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən isə şəhər ərazisindən 1 ədəd nömrəsi silinmiş "AKM", 1 ədəd nömrəsi silinmiş "AK-74" pulemyot silahları, 192 ədəd avtomat patronu və 6 ədəd patron darağı tapılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən daha öncə Trend-ə verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 4-ü saat 01:50 radələrində Çobanzadə və Rüstəmov küçələrinin kəsişməsində Şəmkir rayon sakini Mirismayıl Heydərovun idarə etdiyi "VAZ-21015" markalı avtomobil saxlanılıb. Avtomobilə baxış keçirilərkən oradan M.Heydərova məxsus "Kalaşnikov" markalı avtomat, 2 ədəd sandıqça və 57 ədəd 5,45 kalibirli patron aşkar olunaraq götürülüb.

Elə həmin gün Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində BinəqBiləcəri qəsəbəsində yaşayan Vüsal Əmiraslanovdan sandıqçasında 6 ədəd patronu olan 1 ədəd Makarov markalı tapança aşkar edilərək götürülüb.

Bütün faktlar üzrə araşdırmalar davam etdirilir.


Məqalədə:
Xəbər lenti

Xəbər lenti