...

Bakıda iki nəfərin ölümü ilə nəticələnmiş zəncirvari qəzanın təfərrüatları açıqlandı

Hadisə Materials 6 Avqust 2013 12:36 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsi avqustun 5-də Bakıda baş verən və iki nəfərin ölümü ilə nəticələnmiş zəncirvari qəzanın təfərrüatları açıqlanıb.
Bakıda iki nəfərin ölümü ilə nəticələnmiş zəncirvari qəzanın təfərrüatları açıqlandı

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir İ.İzzət/

Bakı şəhər Baş Polis İdarəsi avqustun 5-də Bakıda baş verən və iki nəfərin ölümü ilə nəticələnmiş zəncirvari qəzanın təfərrüatları açıqlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 5-i saat 08:00 radələrində Xəzər rayonu Buzovna yolunda Bakı şəhər sakini Anar Məmmədov "Mercedes" markalı avtomobillə idarəetməni itirərək maneəyə vurub.

Qəzanın baş verdiyini görən "VAZ-21015" markalı avtomobilin sürücüsü Rüstəm Məlikov Anar Məmmədova yardıma gəlib. Lakin ona kömək etmək istəyərkən yolda hərəkətdə olan "Opel" markalı avtomobilin sürücü Yaqub Heybətov idarəetməni itirərək hər iki avtomaşını və onların sürücülərini vurub.

Nəticədə "Mercedes"in sürücüsü Anar Məmmədov və "Opel"in sürücüsü Yaqub Heybətovun özü hadisə yerində ölüb. "VAZ-21015"in sürücüsü Rüstəm Məlikov isə xəsarətlə 26 saylı xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti