...

Azərbaycanda iki nəfəri cərəyan vurub

Hadisə Materials 12 Avqust 2013 14:38 (UTC +04:00)
Azərbaycanda iki nəfər elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Azərbaycanda iki nəfəri cərəyan vurub

Azərbaycan, Bakı, 12 avqust /Trend /

Azərbaycanda iki nəfər elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Nərimanov rayonu C.Hacıbəyli küçəsindəki tikintidə işləyən Saatlı rayon sakini Orxan Paşəliyevi elektrik cərəyanı vurması nəticəsində ölüb.

Daha bir bədbəxt hadisə isə Abşeron rayonunda qeydə alınıb. Rayonun Digah qəsəbəsinin ərazisindəki evlərdən birində, orada işləyən Şərur rayon sakini Vahid İsgəndərovu elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti