Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir İ.İzzət/
Bakı Dəmiryolu Yük Stansiyasının ərazisində qəza baş verib.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 6-da saat 00.35 radələrində Bakı Dəmiryolu Yük Stansiyasının ərazisində qəza baş verib. Belə ki, Türkiyə vətəndaşı Yıldırım Züküf idarə etdiyi "Fiat" markalı avtomaşını teplovoza vurub.
Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb, lakin avtomaşına qismən də olsa, ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.