...

DİN İmişlidə yanğın zamanı ölən bacı-qardaşla bağlı rəsmi məlumat yaydı

Hadisə Materials 11 Oktyabr 2013 14:32 (UTC +04:00)
İmişli rayonunda baş verən yanğın zamanı bir ailənin iki üzvü yanaraq ölüb.
DİN İmişlidə yanğın zamanı ölən bacı-qardaşla bağlı rəsmi məlumat yaydı

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir İ.İzzət/

İmişli rayonunda baş verən yanğın zamanı bir ailənin iki üzvü yanaraq ölüb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 10-da saat 07.55 radələrində İmişli rayonu Qaralar kəndinin ərazisində kənd sakini Qızxanım Şəmmədovaya məxsus birmərtəbəli üçotaqlı evdə yanğın baş verib.

Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra orada Qızxanım Şəmmədovanın qızı Aytacın və oğlu İsmayılın yanmış meyitləri tapılıb.

Hazırda yanğının baş verməsinin səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti