...

Bakıda məhkum qatil üçün həbsxanaya marixuana keçirmək cəhdi baş tutmayıb (FOTO)

Hadisə Materials 16 Oktyabr 2013 11:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir İ.İzzət/

Penitensiar Xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, oktyabrın 15-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında cəza çəkən məhkum Yusif Əlibala oğlu Həşimova vətəndaş Anar Nuru oğlu Nərimanovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı "Rexona" dezodorant qabının içərisində gizlədilmiş, sellofana bükülmüş, yaşıl rəngli, spesifik iyə malik, 2 ədəd bükümdə, xalis çəkisi 5,68 qr olan narkotik maddə - qurudulmuş "marixuana" aşkar olunaraq götürülüb.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Yusif Həşimov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə); 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə); 229.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə) və 66.3-cü (Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi) maddələri ilə təqsirli bilinərək 9 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti