...

Cəzaçəkmə müəssisəsində məhkumlardan narkotik vasitə götürülüb

Hadisə Materials 16 Noyabr 2013 16:52 (UTC +04:00)
Penitensiar xidmətin və 12 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisədə narkotik vasitələr aşkar olunaraq götürülüb.
Cəzaçəkmə müəssisəsində məhkumlardan narkotik vasitə götürülüb

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

Penitensiar xidmətin və 12 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisədə narkotik vasitələr aşkar olunaraq götürülüb.

Trend PX-nin saytına istinadən xəbər verir ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1983-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum İbrahimli Adil Rəşid oğlunun şəxsi əşyalarına özünün iştirakı ilə baxış keçirilərkən ona məxsus qara rəngli idman çantasının yan cibindən, 12 ədəd bükülüdə ümumi xalis çəkisi 4,830 qram olan narkotik maddə-heroin aşkar edilərək götürülüb.

Digər əməliyyat-axtarış tədbiri nəticəsində həmin müəssisədə cəza çəkən 1989-cu il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29; 120.2.1-ci maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Namazov Elvin Telman oğluna məxsus yataq dəstinə onun iştirakı ilə baxış keçirilmiş və bu zaman döşəyin içərisində gizlədilmiş, 2 ədəd kağıza bükülü, ümumi xalis çəkisi 0,442 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Hər iki fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti