...

Bakıda məişət tullantılarının tərkibində silah və sursatlar aşkar edilib

Hadisə Materials 28 Noyabr 2013 09:42 (UTC +04:00)
"Təmiz Şəhər" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təhvil verilən tullantıların tərkibində 1 ədəd avtomat darağı və 101 ədəd patron tapılıb.
Bakıda məişət tullantılarının tərkibində silah və sursatlar aşkar edilib

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir İ.İzzət/

Bakıda məişət tullantılarının tərkibində silah və sursatlar aşkar edilib.

"Təmiz Şəhər" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təhvil verilən tullantıların tərkibində 1 ədəd avtomat darağı və 101 ədəd patron tapılıb.

Qeyd edək ki, oxşar vəziyyət 20 noyabr tarixində də baş verib və 1 ədəd tank əleyhinə yararsız mina, 3 ədəd patron və 1 ədəd "Voltran" tipli təlim tapançası tapılıb və aktlaşdırılaraq Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə təhvil verilib.

"Təmiz Şəhər" ASC-yə təhvil verilmiş tullantıların tərkibindən son 6 ay ərzində 30 adda 425 ədəd hərbi sursat və silahlar aşkarlanıb. Cəmiyyətin "Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə Təlimatı" adlı daxili təlimat qaydalarına uyğun olaraq, aşkarlanmış bütün silah və hərbi sursatlar və digər kriminal xarakterli hallarla bağlı Daxili İşlər Nazirliyi ilə birgə iş aparılır, minalar isə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) təhvil verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti