Azərbaycan, Bakı, 7 dekabr /Trend/
Suriya ordusunun ölkənin şimalındakı Rəqqa şəhərinə etdiyi hava hücumu nəticəsində, ilkin məlumatlara görə, 16 nəfər ölüb.
Trend-in Türkiyənin "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, orduya aid bir hərbi təyyarənin Rəqqada məskunlaşma yerlərini bombalaması nəticəsində onlarla insan isə yaralanıb.
Məlumata görə, yaralıların bəzilərinin vəziyyəti ağırdır. Əraziyə gələn yerli təcili yardım maşınları yaralıları daşımağa kifayət etməyib.
Çox sayda maşında yanmış cəsədlərin olduğu bildirilir.
Ölənlərin sayının artacağı istisna edilmir.