...

Hacıqabulda yük qatarı relsdən çıxıb

Hadisə Materials 4 Yanvar 2014 04:10 (UTC +04:00)
Hacıqabul rayonunun Qarasu dəmiryol stansiyası yaxınlığında Bakı-Ucar marşrutu ilə hərəkət edən yük qatarının 5 vaqonu və hər birinin tutumu 60 ton olan 2 sisterni relsdən çıxıb.
Hacıqabulda yük qatarı relsdən çıxıb

Azərbaycan, Bakı, 4 yanvar /Trend/

Hacıqabul rayonunun Qarasu dəmiryol stansiyası yaxınlığında Bakı-Ucar marşrutu ilə hərəkət edən yük qatarının 5 vaqonu və hər birinin tutumu 60 ton olan 2 sisterni relsdən çıxıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, nəticədə 2 sistern aşıb, təxminən 500-600 kv.m sahəyə dizel yanacağı dağılıb.

Sisternlərdən birinin qapağında mazut qalıqları yanıb. Dərhal yanğının qarşısı yanğınsöndürənlər tərəfindən alınıb, ərazidə təhlükəsizlik tədbirləri görülüb.

Hazırda müvafiq qurumlar tərəfindən qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

Baş verə biləcək yanğının qarşısını almaq məqsədi ilə 1 yanğınsöndürən maşın hadisə yerində növbə çəkir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti