...

Səudiyyə Ərəbistanında təyyarə təcili eniş edib, 29 nəfər xəsarət alıb

Hadisə Materials 5 Yanvar 2014 13:44 (UTC +04:00)
Sərnişin təyyarəsinin Səudiyyə Ərəbistanının Mədinə şəhərinin aeroportuna təcili eniş etməsi nəticəsində ən azı 29 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
Səudiyyə Ərəbistanında təyyarə təcili eniş edib, 29 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 5 yanvar /Trend/

Sərnişin təyyarəsinin Səudiyyə Ərəbistanının Mədinə şəhərinin aeroportuna təcili eniş etməsi nəticəsində ən azı 29 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

"Frans Press" agentliyi hava limanının əməkdaşlarına istinadən xəbər verir ki, hadisə nəticəsində 29 nəfər xəsarət alıb, onlardan 11 nəfəri xəstəxanaya yerləşdirilib, digərlərinə isə aeroportda tibbi yardım göstərilib.

İrandan havaya qalxan təyyarənin göyərtəsində 315 sərnişin olub. Hava gəmisində əcnəbi turistlərin olması barədə məlumat verilmir.

Hadisəyə ilkin səbəb kimi təyyarədə yaranan texniki nasazlıq göstərilir.

Xəbər lenti

Xəbər lenti