Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İ.İzzət/
Şamaxı rayon sakini "AKMS" markalı avtomat silahı satarkən tutulub.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayon sakini Namiq Əmirov tutulub.
N.Əmirov "AKMS" markalı avtomat silahı satarkən yaxalanıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.