Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İ.İzzət/
Bakının Xətai rayonu ərazisində üzərində zorakılıq əlamətləri görünməyən meyit tapılıb.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 13-də Xətai rayonu Məhəmməd Hadi küçəsi, ev 63-ün qarşısında üzərində zorakılıq əlamətləri görünməyən meyit tapılıb.
Ölən şəxs 25-30 yaşlı kişidir.
Faktla bağlı araşdırma aparılır.