...

FHN yaşlı qadının ölümü ilə bağlı məlumat yayıb

Hadisə Materials 16 Yanvar 2014 01:01 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda 61 yaşlı qadının ölümü ilə bağlı məlumat yayıb.
FHN yaşlı qadının ölümü ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda 61 yaşlı qadının ölümü ilə bağlı məlumat yayıb.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1953-cü il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar. Mənzilə baxış keçirilərkən Manafova Xoşavaz İsa qızı hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində X.Manafovanın vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilibdir.

Xəbər lenti

Xəbər lenti