Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir İ.İzzət/
Ötən gün Azərbaycanda baş verən yol qəzalarında iki piyada ölüb.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 15-də saat 22 radələrində Kürdəmir rayonu Sor-Sor kəndinin ərazisində Bakı şəhər sakini Əhliman Rəhimov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən rayon sakini Famil Əhmədovu vurmuşdur. Piyada hadisə yerində ölüb.
Digər oxşar yol-nəqliyyat hadisəsi Xəzər rayonu Binə qəsəbəsinin ərazisində baş verib. Yanvarın 15-də saat 01 radələrində Xəzər rayonu Binə qəsəbəsinin ərazisində qəsəbə sakini Ədalət Səfərov idarə etdiyi "Daewoo" markalı avtomobillə yolu keçən paytaxt sakini Mahir Əliyevi vurmuşdur. Piyada hadisə yerində ölüb.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.