...

Qadınları fahişəliyə cəlb edən şəxslər saxlanılıblar

Hadisə Materials 18 Yanvar 2014 14:34 (UTC +04:00)
Kürdəmir rayon sakini mənzilində əxlaqsızlıq yuvası təşkil etdiyinə və qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılıb.
Qadınları fahişəliyə cəlb edən şəxslər saxlanılıblar

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Kürdəmir rayon sakini mənzilində əxlaqsızlıq yuvası təşkil etdiyinə və qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kürdəmir rayon sakini Aytəkin Muxtarova Binəqədi rayonu ərazisindəki mənzilində əxlaqsızlıq yuvası təşkil etdiyinə və qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılıb.

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiklərinə görə Bakı şəhər sakinləri Elşad İsgəndərov, Leyla Əlləzova, Yevlax rayon sakini Rəvanə Xasiyeva saxlanılmışlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti