...

Azərbaycanda yük qatarı relsdən çıxıb, vaqonlar aşıb

Hadisə Materials 29 Yanvar 2014 13:40 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Muğan-Qarasu mənzilində Hacıqabuldan Gəncə istiqamətinə hərəkət edən yük qatarının 15 vaqonu relsdən çıxıb, 6 taxıl vaqonu aşıb və yükü dağılıb.
Azərbaycanda yük qatarı relsdən çıxıb, vaqonlar aşıb

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir E.İsmayılov/

Bu gün 12:15-də "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Muğan-Qarasu mənzilində Hacıqabuldan Gəncə istiqamətinə hərəkət edən yük qatarının 15 vaqonu relsdən çıxıb, 6 taxıl vaqonu aşıb və yükü dağılıb.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, ilkin məlumata görə, hər iki istiqamətdə qatarların hərəkəti dayandırılıb.

Hadisənin nəticələrinin aradan qaldırılmasına "Fövqəladə Hallar Qatarı" MMC-nin Hacıqabul bölməsinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Hadisənin baş vermə səbəbi Hərəkətin təhlükəsizliyi üzrə texniki müfəttişlik və müvafiq qurumlar tərəfindən araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti