...

Gəncədə soyğunçuluq edən şəxs saxlanılıb

Hadisə Materials 31 Yanvar 2014 21:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

Gəncədə soyğunçuluq edən şəhər sakini saxlanılıb.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Gəncədə Şəmkir rayonu, Könüllü kənd sakini 25 yaşlı Sevinc Məmmədovaya qarşı zor tətbiq edərək ona məxsus ümumi dəyəri 800 manat olan qızıl boyunbağını alaraq hadisə yerindən qaçan 25 yaşlı Cavid Mayılov saxlanılıb.

Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Mayılovun üzərindən 1,718 qram heroin də aşkar edilərək götürülüb.

İlkin dindirilmə zamanı cinayətdə şübhəli bilinən şəxs əməlini etiraf edib. O bu cinayəti borclu olduğuna görə etdiyini bildirib.

Hazırda faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti