...

Ukrayna Səhiyyə Nazirliyi: Kiyevdə toqquşmalar zamanı 77 nəfər həlak olub (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 21 Fevral 2014 09:51 (UTC +04:00)
Ukraynanın Səhiyyə Nazirliyi bildirir ki, Kiyevdə toqquşmalar başlayandan 77 nəfər həlak olub, tibbi yardım üçün 577 nəfər müraciət edib.
Ukrayna Səhiyyə Nazirliyi: Kiyevdə toqquşmalar zamanı 77 nəfər həlak olub (ƏLAVƏ OLUNUB)

Yeni məlumatlar əlavə olunub (ilk xəbər 00:11-də yayılıb)

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Ukraynanın Səhiyyə Nazirliyi bildirir ki, Kiyevdə toqquşmalar başlayandan 77 nəfər həlak olub, tibbi yardım üçün 577 nəfər müraciət edib. Trend RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə nazirliyin saytında deyilir.

Daha əvvəl Səhiyyə Nazirliyi 75 nəfərin həlak olduğunu bildirmişdi.

Ümumilikdə tibbi yardım üçün 577 zərərçəkən müraciət edib, onlardan 363 nəfər xəstəxanaya yerləşdirilib. 76 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti