...

Bakıda avtoservisdən oğurluq etmiş keçmiş məhkum tutulub

Hadisə Materials 17 Mart 2014 12:27 (UTC +04:00)
Keçmiş məhkum Bakıda avtoservisdən oğurluq etdiyinə görə yenidən məhkumluq həyatı yaşayacaq.
Bakıda avtoservisdən oğurluq etmiş keçmiş məhkum tutulub

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir İ.İzzət/

Keçmiş məhkum Bakıda avtoservisdən oğurluq etdiyinə görə yenidən məhkumluq həyatı yaşayacaq.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 16-da Bakı şəhər sakini Bahadur Ağalarov 19-cu PB-yə ərizə ilə müraciət edərək bildirib ki, həmin gün işlədiyi R.Məmmədov küçəsində yerləşən avtoservisdə təmirə dayanmış Sumqayıt şəhər sakini Vahid Rüstəmova məxsus "VAZ-2106" markalı avtomobildən maqnitafon, monitor və digər əşyalar oğurlanıb.

Nəsimi rayon Polis İdarəsi Post Patrul Xidməti Bölməsi və 19-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Rauf Məcidov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti