...

Bakıda qəzet köşkündən 1500 manat oğurlamış keşmiş məhkum tutulub

Hadisə Materials 17 Mart 2014 12:28 (UTC +04:00)
Bakıda qəzet köşkündən 1500 manat oğurlamaqda şübhəli bilinən şəxs tutulub.
Bakıda qəzet köşkündən 1500 manat oğurlamış keşmiş məhkum tutulub

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir İ.İzzət/

Bakıda qəzet köşkündən oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 12-nə keçən gecə, Bakı şəhər sakini Ayxan Musayevə məxsus Nigar Rəfibəyli küçəsində yerləşən qəzet köşkündən, jalüzü sındırmaq yolu ilə 1500 manat oğurlanıb.

Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nurlan Dadaşov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti