...

Bakıda yanan yük maşını söndürülüb (ƏLAVƏ OLUNUB-2)

Hadisə Materials 30 Mart 2014 19:01 (UTC +04:00)
Hadisə yerində olan şahidlərin Trend-ə bildirdiyinə görə, Bakının Badamdar qəsəbəsində maşın bazarının yaxınlığında "90 MQ 331" dövlət nömrə nişanlı ərzaq məhsulları daşıyan orta tutumlu yük avtomobili yanıb, partlama təhlükəsi yaşanıb.
Bakıda yanan yük maşını söndürülüb (ƏLAVƏ OLUNUB-2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:44-də yayılıb)

Azərbaycan, Bakı, 30 mart /Trend/

Bakıda yanan yük maşını söndürülüb.

Hadisə yerində olan şahidlərin Trend-ə bildirdiyinə görə, Bakının Badamdar qəsəbəsində maşın bazarının yaxınlığında "90 MQ 331" dövlət nömrə nişanlı ərzaq məhsulları daşıyan orta tutumlu yük avtomobili yanıb, partlama təhlükəsi yaşanıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Polis əməkdaşları yolu bağlayıb.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda deyilir ki, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus "QAZEL" markalı yük avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti