Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir R.Hafizoğlu/
Türkiyənin Osmaniyyə vilayətində toy mərasimində atışma olub. Hadisə nəticəsində 23 nəfər yaralanıb. Trend-in məlumatına görə, bu barədə yerli "Milliyet" qəzeti yazır.
Atışmaya musiqi sifarişinin səbəb olduğu bildirilir.
Atışma nəticəsində toyda iştirak edənlərlə yanaşı, hadisə yerinə çağırılmış üç polis əməkdaşı da yaralanıb.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.