...

Məhkum qardaşının yanına gələn bacının corabının içindən "telefon dəsgahı" çıxdı

Hadisə Materials 30 Aprel 2014 18:04 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmətin əməkdaşları tərəfindən Qobustan həbsxanasında cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 305; 221.2.1; 234.3; 234.4.3; 228.4; 182.3.2, 66.3 və 67-ci maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Mehman Sabir oğlu İbrahimovun yanına qısa müddətli görüşə gəlmiş bacısı Vüsalə Sabir qızı İbrahimzadənin üzərinə və əşyalarına baxış keçirilib.
Məhkum qardaşının yanına gələn bacının corabının içindən "telefon dəsgahı" çıxdı

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Həbsxanaya mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmətin əməkdaşları tərəfindən Qobustan həbsxanasında cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 305; 221.2.1; 234.3; 234.4.3; 228.4; 182.3.2, 66.3 və 67-ci maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Mehman Sabir oğlu İbrahimovun yanına qısa müddətli görüşə gəlmiş bacısı Vüsalə Sabir qızı İbrahimzadənin üzərinə və əşyalarına baxış keçirilib.

Baxış zamanı əynində olan corabın içərisindən bir ədəd "Kenxinda" markalı mobil telefon aparatı, bir ədəd mobil telefon aparatı üçün nəzərdə tutulmuş mikrosxem, bir ədəd "Azercell" və iki ədəd "Bakcell" danışıq kartı və bir ədəd mobil telefon aparatı üçün nəzərdə tutulmuş elektrik qidalandırıcısının uc hissəsi aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti