...

Bakıda xəstəxananın qarşısında tibb bacısını qətlə yetirən şəxs tutulub

Hadisə Materials 17 May 2014 11:48 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 16-da Fətəli xan Xoyski küçəsində yerləşən 5 saylı xəstəxananın qarşısında Bakı şəhər sakinləri - 1975-ci il təvəllüdlü Şahlar Əliyev ailə-məişət zəminində həyat yoldaşı, orada tibb bacısı işləyən 1983-cü il təvəllüdlü Minarə Salmanovanı qətlə yetirib.
Bakıda xəstəxananın qarşısında tibb bacısını qətlə yetirən şəxs tutulub

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir İ.İzzət/

Bakıda həyat yoldaşını qətlə yetirən şəxs həbs olunub.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 16-da Fətəli xan Xoyski küçəsində yerləşən 5 saylı xəstəxananın qarşısında Bakı şəhər sakinləri - 1975-ci il təvəllüdlü Şahlar Əliyev ailə-məişət zəminində həyat yoldaşı, orada tibb bacısı işləyən 1983-cü il təvəllüdlü Minarə Salmanovanı qətlə yetirib.

Qətli törədən Ş.Əliyev Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsi və Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti